Azərbaycan karateçisi İslamiadada bürünc medal qazanıb

Baş səhifə
Azərbaycan iki karateçisi İslamiadada bürünc medal qazanıb - YENİLƏNİB

Azərbaycanın daha bir karateçisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında medal qazanıb.

“Report”un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, Roman Heydərov kata növündə üçüncü olub.

Qeyd edək ki, daha öncə Mədinə Sadıqova İslamiadada üçüncü olub.

19:25

Azərbaycan karateçisi Səudiyyə Ərəbistanının paytaxı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.

“Report”un yarışa ezam olunmuş müxbiri xəbər verir ki, 55 kq çəki dərəcəsində Mədinə Sadıqova üçüncü yer uğrunda görüşdə pakistanlı rəqibi Laiba Zianı məğlub edərək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir