Azərbaycan Kikboksinq Federasiyasının (AKF) Hakimlər Kollegiyasına sədr təyin olunub.
Oxu.Az-ın xəbərinə görə, Fəxrəddin Quliyev federasiyanın Hakimlər Kollegiyasının sədri təyin edilib.
Bu münasibətlə AKF prezidenti Orxan Əliyev ona vəsiqəsini təqdim edib.

Həmçinin Orxan Əliyev martın 12-də WJF-19 turnirində erməni əsilli Gürcüstan idmançısı Qela Xoceliyana qalib gələrək kəmər qazanmış Məhəmməd İmanovu qəbul edib və onu qələbə münasibətilə təbrik edib.

www.102info.az
