Meksika 2026-cı ilin may ayında Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumunda (WUF13) yüksək səviyyədə iştirak etmək üçün Azərbaycandan dəvət alıb.
Bu barədə “Report”a Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero bildirib.
“Biz artıq Azərbaycan Prezidenti İlham Əliyevin Meksika Prezidenti Klaudiya Şeynbauma WUF13-də iştirak üçün göndərdiyi dəvəti almışıq. Söhbət ən yüksək səviyyəli dəvətdən getdiyi üçün proses vaxt tələb edir”, – diplomat qeyd edib.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin
