Azərbaycan millisinin basketbolçusu: “Çempionluq titulunu qoruyub saxlamaq istəyirdik”

Baş səhifə
Azərbaycan millisinin basketbolçusu: Çempionluq titulunu qoruyub saxlamaq istəyirdik

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi İslam Həmrəyliyi Oyunlarındakı çempionluq titulunu qorumaq üçün əlindən gələni edib.

“Report” xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan millinin basketbolçusu Dina Ulyanova deyib.

O, qarşılaşmaların gərgin keçdiyini söyləyib:

“Titulu qoruyub saxlamaq istəyirdik. Bunu da bacardıq, baxmayaraq ki, həyəcan da oldu. Bəzi oyunlar çox gərgin keçdi. Nəticədə birinci olduq və bununla qürur duyuruq. Qalib gəlmək hər zaman xoşdur. Fildişi Sahili seçməsi ilə matçımız çox çətin keçmişdi. Uduzsaydıq, vəziyyət tam dəyişə bilərdi. Sadəcə oyun alınmadı və buna görə əsəbi anlar yaşandı”.

Qeyd edək ki, Azərbaycan yığması finalda Türkiyəyə 21:13 hesabı ilə qalib gəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir