Azərbaycan millisinin Belarusla oyununu özümüzünkülər idarə edəcəklər

İdman

Azərbaycan və Belarusun 21 yaşadək futbolçulardan ibarət yığma komandaları arasında Bakıda keçiriləcək yoldaşlıq görüşünü yerli hakimlər briqadası idarə edəcək.

Oxu.Az xəbər verir ki, qarşılaşma FIFA referisi Əliyar Ağayevə tapşırılıb.

Ona Zeynal Zeynalov və Akif Əmirəli yan xətt, Nicat İsmayıllı isə dördüncü hakim qismində yardımçı olacaqlar.

Qeyd edək ki, martın 29-da “Bakcell Arena”da keçiriləcək qarşılaşma saat 19:00-da başlanacaq.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir