Azərbaycan millisinin iki sabiq futbolçusu karyerasını bitirdi – ÖZƏL

İdman

Azərbaycan millisinin sabiq futbolçuları Ruslan Əmircanovla Rail Məlikov karyeralarını başa vurublar.

Oxu.Az-ın xəbərinə görə, hər iki futbolçunun karyerasının bitdiyi “Şamaxı” (keçmiş “Keşlə” komandası – S.M.) klubunun sabah “Neftçi” ilə oyunundan öncə keçiriləcək mərasim zamanı elan ediləcək.

Qeyd edək ki, 37 yaşlı Ruslan Əmircanov və 36 yaşlı Rail Məlikov əvvəllər millimizdə də çıxış edib. Ruslan yığma komandada 5, Rail 40 matça çıxıb.

Səbuhi Musa

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir