Azərbaycan nümayəndə heyəti İtaliyada keçirilən təlimdə iştirak edib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan nümayəndə heyəti İtaliyanın Veneto regionunda
keçirilən “Adaptive Interaction 2025” çoxmillətli hərbi-mülki
əməkdaşlıq (CIMIC) təlimində müşahidəçi qismində iştirak edib.

Trend xəbər verir ki, bu barədə Müdafiə
Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlim çərçivəsində Azərbaycan Müdafiə
Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi
polkovnik Anar Eyvazov NATO-nun Çoxmillətli hərbi-mülki əməkdaşlıq
(CIMIC) qrupu və 7-ci CIMIC alayının komandiri polkovnik Piero
Furlan ilə görüşüb.

Görüşdə NATO əməliyyatlarında CIMIC bölmələrinin effektiv
tətbiqinə dair ətraflı fikir mübadiləsi aparılıb.
Polkovnik A.Eyvazov Azərbaycan Ordusunun Qələbəsi ilə nəticələnən
44 günlük Vətən müharibəsi və Antiterror daxil olmaqla digər hərbi
əməliyyatlar zamanı mülki əhalinin və infrastrukturun qorunmasına
dair ordumuzun həyata keçirdiyi tədbirlərdən danışıb.

Daha sonra Azərbaycan nümayəndə heyəti çoxmillətli təlimin
Yüksək Səviyyəli Müşahidəçi Günündə iştirak edib.
Yüksək səviyyəli qonaqlar təlimin ssenarisinə uyğun olaraq
əməliyyat zonasında müxtəlif mülki müəssisə və təşkilatlar ilə
əlaqələrin qurulması, onlara zəruri dəstəyin verilməsi və hərbi
əməliyyatların gedişatına təsir edəcək faktorların analizi üzrə
tapşırıqların icrasını izləyiblər.

Ümumilikdə 12 NATO üzv və tərəfdaş ölkəsinin CIMIC bölmələrindən
200 nəfərin iştirakı ilə keçirilən təlimin gedişatı müsbət
qiymətləndirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir