Azərbaycan Qarabağda əməliyyata başlayacaq – Deputat zaman verdi

Baş səhifə

 

Artıq bir müddətdir ki, Qarabağda qalan erməni silahlılarına qarşı antiterror əməliyyatının keçiriləcəyi ilə bağlı məlumatlar yayılır.

Bildirilir ki, Ermənistan 10 noyabr üçtərəfli Bəyanatının şərtlərini yerinə yetirməkdən imtina edərsə, Azərbaycan antiterror əməliyyatları keçirə bilər. Bəzən hətta 3-cü Qarabağ müharibəsinin başlayacağna dair də iddialar gündəmə gəlir.

Mövzu ilə bağlı Parlament üzvləri Cebhe.info-ya danışıblar.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Fəzail Ağamalı isə dünyada çox ciddi proseslərin getdiyi ərəfədə Azərbaycanın hələ öz problemlərini həll edə bilmədiyini deyib. Bunun fonunda deputat 3-cü Qarabağ müharibəsinin başlaması səbəbini ermənilərin avantürist siyasətində axtarmağın lazım olduğunu bildirib:

“Əgər Ermənistan imzalanmış bəyanatların müvafiq bəndlərini yerinə yetirməsə, Ermənistanın silahlı qüvvələrinin tör-töküntülərinin Azərbaycan ərazisindən çıxarılması həyata keçirilməzsə, ölkəmiz antiterror əməliyyatı başladacaq. 3-cü Qarabağ müharibəsini başlayacağını güman etmirəm. Çünki Ermənistanın buna gücü, imkanı da yoxdur. Ermənistanın gücsüz ordusu 44 günlük müharibədə darmadağın edildi. Həm canlı qüvvəsini, həm hərbi potensialını itirdi. Hansı qüvvə ilə Ermənistan Azərbaycanla müharibəyə başlayacaq? Rusiyanın özü də elə durumdadır ki, bu prosesə açıq şəkildə müdaxilə etmək imkanına malik deyil. Rusiya Ukrayna bataqlığında məhv olmaqdadır. Digər tərəfdən, qardaş Türkiyə ilə imzaladığımız müttəfiqlik müqaviləsi var. Ona görə də 3-cü Qarabağ müharibəsini gündəliyə gətirmək kifayət qədər əsaslı deyil və bu, Ermənistanın imkanlarını şişirtmək demək olardı. Əgər ölkə Prezidentinin son xəbərdarlığından Ermənistan hakimiyyəti ölçü götürməsə, silahlı birləşmələrini ərazilərimizdən çıxarmasa, antiterror əməliyyatı qaçınılmazdır”.

Deputat bildirib ki, Ermənistan üçün müəyyən edilən şərtlər yerinə yetirilməsə, senytabr ayı üçün Azəbaycan antiterror əməliyyatına başlaya bilər:

“Ermənistanın Təhlükəsizlik Şurasının katibi rəsmi şəkildə açıqlama verib ki, sentyabra qədər Ermənistanın silahlı qüvvələrinin qalıqları oradan çıxarılacaq. Biz onu gözləyirik. Əgər sentyabrda çıxarılmasa, təbii ki, antiterror əməliyyatı başlaya bilər”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir