Azərbaycan qazına olan tələbat sürətlə artır.

Cəmiyyət

 

Azərbaycanın xalq təsərrüfatının bütün sahələri kimi neft və qaz sənayesi də yüksək dinamik inkişaf mərhələsinə qədəm qoydu. Bu mərhələ Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünə təsadüf edir. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli dövlətçilik kursunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilməsi bu siyasətin böyük uğuru idi. Ulu Öndərin irəli sürdüyü qaz strategiyasının icrası prosesində prezident İlham Əliyev ilk günlərdən ən aparıcı simalardan biri kimi iştirak etmiş, bu prosesə böyük töhfələr vermişdi. Bu sahənin peşəkar bilicisi kimi dövlət başçısı Azərbaycanın qaz strategiyasını yeni nailiyyətlərlə daha da inkişaf etdirdi.

Bildiimiz kimi, dünyanın ən zəngin qaz yataqlarından biri olan “Şahdəniz” keçən əsrin ortalarında azərbaycanlı geoloqlar tərəfindən kəşf edilib.

Artıq Azərbaycan hasil etdiyi qazı qonşu dövlətlərə ixrac edir və Avropa bazarına ixraca başlamaq üçün yeni kəmərlər tikilib:

– 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri ixrac edilməyə başlanıb;

2012-ci ildə Azərbaycan ilə Türkiyə arasında TANAP (Trans-Anadolu təbii qaz boru kəməri) layihəsinə imza atılıb;

– 2013-cü ildə “Şahdəniz” konsorsiumu TANAP kəməri ilə daşınacaq Türkiyə sərhədini İtaliyanın cənubuna birləşdirən TAP (Trans-Adriatik təbii qaz boru kəməri) layihəsini seçib və kəmərin tikintisi 2020-ci ildə başa çatdırılıb.

Bu layihələr “Şahdəniz” yatağını İtaliyanın cənubuna birləşdirməklə “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasına imkan verib.

Azərbaycan təbii qazını Avropaya nəql edən TAP kəməri ilə 2020-ci il dekabrın 31-dən etibarən kommersiya təbii qazının nəqlinə başlanılıb. Beləliklə, Azərbaycanın zəngin qaz ehtiyatlarının Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz yolla, şaxələndirilmiş formada çatdırılmasına nail olunub.

Bakı EkspoMərkəzində Bakı EnerjiHəftəsi çərçivəsində 27-ciBeynəlxalqXəzərNeftvə QazSərgisininrəsmiaçılış mərasimikeçirilib. AzərbaycanRespublikasınınPrezidenti İlham Əliyevtədbirdə iştirakedib.Açılış mərasimində çıxışı zamanı dövlətbaşçısı bildirib:

Hazırda – iyunun 1-də söhbət apardığımız zaman vəziyyət tamamilə fərqlidir və Azərbaycan qazına olan tələbat sürətlə artır. Təbii ki, biz bunu nəzərə almalıyıq. Lakin, eyni zamanda, potensial istehlakçılar anlamalıdırlar ki, bir il ərzində qazı böyük həcmdə hasil etmək mümkün deyil. Bunun üçün bizə müqavilələr lazımdır. Biz danışıqlara başlamalı və onları sürətləndirməliyik. Biz ənənəvi tərəfdaşlar və sərmayədarla, eləcə də enerji şirkətləri ilə çalışmalıyıq ki, hasilat artsın. Həmçinin biz mövcud qurğuları genişləndirməliyik. Bu məsələləri biz gələn illərdə planlaşdırmırdıq, çünki Cənub Qaz Dəhlizi, artıq söylədiyim kimi, üç boru kəmərindən ibarət vahid boru kəmərləri sistemidir. onun sonuncu hissəsi – Trans-Adriatik boru kəmərinin buraxıcılıq qabiliyyəti 10 milyard kubmetrdir. İndi isə biz onun genişləndirilməsi haqqında düşünürük, çünki buna ehtiyac var. Əlbəttə, bu, vaxt və çoxlu maliyyə vəsaitlərini, o cümlədən sıx əlaqələndirməni, əməkdaşlığı və bütün iştirakçı ölkələrlə fəal dialoqu tələb edəcək. Biz buna hazırıq. Azərbaycanın Energetika Nazirliyi və Dövlət Neft Şirkəti artıq bütün təlimatlarımı alıblar və onlar fəal danışıqlar aparırlar”.

Azərbaycanın artan təbii qaz potensialı ölkə iqtisadiyyatını daha davamlı inkişaf fazasına daxil olmasının yeni indikatoruna çevrilmişdir. Yaxın onilliklər ərzində ölkəmiz regionun rəqabətqabiliyyətli qaz təchizatçısı, Avropa qaz bazarının fəal iştirakçısı kimi dünya enrgetik balansında mavi yanacağın istehsalçısı və ixracatçısı olmaq statusunu tam əldə edəcəkdir.

 

YAP Zaqatala rayon təşkilatının fəalı

Car kənd 2№ li ümumi orta məktəbin direktoru

Zülfiyyə Əlixanova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir