Azərbaycan tarixinin ən önəmli günlərindən biri — 18 Oktyabr Dövlət Müstəqilliyimizin Bərpası Günüdür

Baş səhifə

Bu il Azərbaycan xalqı bu əlamətdar hadisənin 34-cü ildönümünü böyük qürur və iftixar hissi ilə qeyd edir.

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Soveti “Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul edərək, bütün dünyaya Azərbaycan dövlətinin müstəqil, demokratik və dünyəvi yol seçdiyini bəyan etdi.

Müstəqilliyimizin qorunması və möhkəmlənməsi Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışı sayəsində mümkün oldu. Onun uzaqgörən siyasəti müstəqilliyimizi əbədi, sarsılmaz və dönməz etdi.


Möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müstəqilliyini daha da möhkəmləndirərək, regionun lider dövlətinə çevrilib. Vətən müharibəsində əldə etdiyimiz Qələbə ilə torpaqlarımız azad olunub və biz bu tarixi günü ərazi bütövlüyümüzü təmin etmiş qalib xalq kimi qeyd edirik.

Bu gün hər bir azərbaycanlı müstəqil, güclü və bütöv Azərbaycanla fəxr edir, onun uğurları ilə qürur duyur.

Müstəqilliyin mübarək, Azərbaycan!🇦🇿

Günay Ağamalı

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini.

18 Oktyabr 2025-ci il.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir