Azərbaycan və BMT-nin qurumu əməkdaşlığa dair çərçivə sənədi imzalayıblar – FOTO

İqtisadiyyat

Azərbaycan hökuməti ilə BMT-nin Sənayenin İnkişafı Təşkilatı arasında 2022-2026-cı illər üzrə əməkdaşlığa dair çərçivə sənədi imzalanıb.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” hesabında bildirib.

“Sənəd təşkilatla əməkdaşlığın genişləndirilməsinə və ölkəmizdə dayanıqlı inkişaf məqsədlərinə xidmət edən mexanizmlərin icrasına töhfə verəcək”, – deyə o, qeyd edib.