Azərbaycan və İtaliya hərbi təhsil sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər

Baş səhifə

Bakı. Trend:

İtaliyada səfərdə olan Milli Müdafiə Univetsitetinin rektoru
general-mayor Gündüz Əbdülov və onun rəhbərlik etdiyi nümayəndə
heyəti Müdafiə üzrə Ali Tədqiqatlar Mərkəzini ziyarət edib.

Trend xəbər verir ki, əvvəlcə
mərkəzin direktoru general-polkovnik Stefano Mannino Azərbaycan
nümayəndə heyətini salamlayaraq onları ölkəsində qəbul etməkdən
böyük məmnunluq duyduğunu bildirib. O, iki ölkə arasında hərbi
təhsil sahəsində formalaşmış əməkdaşlığın etibarlı tərəfdaşlıq və
qarşılıqlı etimada əsaslandığını xüsusi olaraq diqqətə
çatdırıb.

General-mayor Gündüz Əbdülov qonaqpərvər münasibətə görə
təşəkkür edərək, aparılan görüşlər və müzakirələrin hər iki ölkənin
hərbi təhsil sahəsində formalaşmış əməkdaşlığı üçün yeni imkanlar
yaradacağını vurğulayıb. O, əməkdaşlıq istiqamətində atılan
addımların təcrübə mübadiləsinə töhfə verəcəyini və gələcək birgə
fəaliyyət üçün əhəmiyyət daşıdığını qeyd edib.


<!—->
<!––>

Daha sonra Azərbaycan nümayəndə heyətinə İtaliyanın Müdafiə üzrə
Ali Tədqiqatlar Mərkəzinin yaranma tarixi, tədris modeli, həmçinin
qurumun qarşısında duran strateji hədəflər və əsas fəaliyyət
istiqamətləri barədə geniş təqdimat keçirilib. Heyətin üzvlərini
maraqlandıran məqamlara dair suallar ətraflı şəkildə
cavablandırılıb.

Görüşün sonunda general-mayor Gündüz Əbdülov xatirə kitabına
öz səmimi fikirlərini qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir