Azərbaycan Xarici İşlər Nazirliyi diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Bruney-Darussalamı təbrik edib.
“Report” xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım olunub:
“Azərbaycanla Bruney-Darussalam arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur. Bruney-Darussalam hökumətinə və xalqına səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq”, – məlumatda qeyd edilib.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin
