Azərbaycan Yüksək Liqasında IV turun son oyunu Tovuzda keçirilib

Baş səhifə
Azərbaycan Yüksək Liqasında IV turun son oyunu Tovuzda keçirilib

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IV tura yekun vurulub.

“Report” xəbər verir ki, turun son qarşılaşması Tovuzda baş tutub.

Evdə “DH Volley” komandasını qəbul edən “Turan” 3:1 (25:13, 20:25, 25:17, 25:23) hesablı qələbəyə sevinib.

Görüş Tovuz Olimpiya Kompleksində keçirilib.

Qeyd edək ki, turun əvvəlki matçlarında “Milli Aviasiya Akademiyası” “Azərreyl”i (3:2), UNEC kollektivi isə “Murov Az Terminal”ı (3:1) məğlub edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir