Azərbaycan zəlzələ bölgəsinin bərpa quruculuq işlərində Türkiyəyə kömək edəcək

Siyasət

“Bu gün minlərlə könüllü Türkiyəyə gəlib yardım etmək istəyir”.

Oxu.Az-ın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov həmkarı Mövlud Çavuşoğlu ilə birlikdə Kahramanmaraşda keçirdiyi mətbuat konfransında bildirib. 

Onun sözlərinə görə, bu, çox çətin prosedurdur:

“Biz bunu sistemli şəkildə edirik. Bu gündən başlayaraq, azərbaycanlı könüllər hissə-hissə gəlib, burada yardım edəcəklər”. 

C.Bayramov qeyd edib ki, Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycan zəlzələ bölgəsinin bərpa quruculuq işlərində Türkiyəyə kömək edəcək. 

İlhamə Əbülfət

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir