Azərbaycana giriş üçün PCR testinin ləğvi yoluxmanı ARTIRACAQ? – TƏBİB-dən AÇIQLAMA

Cəmiyyət

TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov Azərbaycana giriş üçün COVID-19-a dair PCR testi təqdim etmək tələbinin ləğv edilməsi nəticəsində yoluxmanın artması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Oxu.Az-ın məlumatına görə, V.Qurbanov Azərbaycanın koronavirusa qarşı ən effektiv tədbirlər keçirən ölkələr arasında olduğunu deyib:

“Ölkəmizdə bu xəstəlikdən ölüm faizi az, sağalma faizi yüksəkdir. Bununla bağlı bütün tədbirlər həyata keçirilir. Koronavirus pandemiyası tam nəzarətdədir”.

O qeyd edib ki, koronavirusla bağlı xəstəxanalar tam hazırlıqlı vəziyyətdədir.

İlhamə Əbülfət

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir