Gəncə şəhərində ana və iki övladı itkin düşüb.
Şəhər sakini D.V. 10 yaşlı qızı və 6 yaşlı oğlu ilə birlikdə evdən çıxıb və qayıtmayıblar.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-a bildirib ki, həmin şəxslərin yaşadıqları evdən çıxaraq bir daha geri dönməmələri barədə Gəncə Şəhər Baş Polis İdarəsinə məlumat daxil olub:
“Hazırda həmin şəxslərin tapılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir. Axtarışın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.
İlhamə Əbülfət
www.102info.az
