Azərbaycanda baş həkim vəzifəsindən çıxarıldı

Cəmiyyət

Bakıda 7 saylı doğum evinin baş həkimi Leyla Seyidbəyli vəzifəsindən azad edilib.

Oxu.Az xəbər verir ki, onun yerinə baş həkim vəzifəsinə Səadət Şəmiyeva təyin olunub.

Məlumatı Oxu.Az-a TƏBİB-dən təsdiq ediblər. Qeyd edilib ki, L.Seyidbəyli çalışmanın son yaş həddi ilə əlaqədar təqaüdə çıxıb.

Bildirilib ki, TƏBİB-in İdarə Heyətinin sədri vəifəsini icra edən Vüqar Qurbanovun müvafiq əmri ilə təyin olunan S.Şamilova ixtisasca mama-ginekoloqdur. 

Könül Cəfərli

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir