Azərbaycanda kiçik sahibkarlığa verilən kreditlər 1,6 milyard manatı ötüb

Baş səhifə

Bakı. Trend:

Bu ilin noyabrın 1-nə Azərbaycanda kiçik sahibkarlıq
subyektlərinə verilən kreditlərin həcmi 1,629 milyard manat təşkil
edib.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər
verir.

Məlumata görə, bu, cari ilin oktyabr ayının 1-i ilə müqayisədə
9,5 milyon manat və ya 0,6%, ötən ilin eyni dövrünə nisbətən isə
56,8 milyon manat və ya 3,6% çoxdur.


<!—->
<!––>

Belə ki, cari ilin oktyabr ayının 1-nə Azərbaycanda kiçik
sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 1,620 milyard
manat, 2024-cü ilin noyabrın 1-nə isə 1,573 milyard manat idi.

Qeyd edək ki, bu ilin noyabr ayının 1-nə Azərbaycan banklarının
biznes kredit portfelinin həcmi 15,623 milyard manat təşkil edib
ki, bu da əvvəlki ayla müqayisədə 78,8 milyon manat və ya 0,5%,
ötən ilin eyni dövrünə nisbətən isə 995,3 milyon manat və yaxud
6,8% çoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir