Azərbaycanda koronavirusla bağlı məhdudiyyətlər aradan qaldırılacaq – RƏSMİ

Cəmiyyət

“Koronavirusla bağlı məhdudiyyətlər növbəli şəkildə aradan qaldırılır”.

Oxu.Az-ın məlumatıba görə, TƏBİB-in sədri vəzifəsini icra edən Vuqar Qurbanov bildirib.

Onun sözlərinə görə, ölkədə məhdudiyyətlər COVID-19 xəstəliyinin yayılma tezliyinə əsasən tənzimlənir:

“Bir çox məhdudiyyətlərin qaldırılması haqda müvafiq qurumlar tərəfindən Nazirlər Kabinetinə verilən təkliflər dəyərləndirilir və həyata keçirilir”.

O qeyd edib ki, çox yaxın vaxtda həmin təkliflər barədə qərar veriləcək və digər məhdudiyyətlər aradan qaldırılacaq.

İlhamə Əbülfət

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir