
Bakı. Trend:
Bu ilin noyabrın 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin
(M3 aqreqatı) həcmi 47,491 milyard manat təşkil edib.
Trend-in
Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən məlumına görə, bu, aylıq
müqayisədə 495 milyon manat və ya 1% az, 2024-cü ilin eyni dövrünə
nisbətən isə 3 milyard manat və ya 6,8% çoxdur.
Bundan başqa, 2025-ci ilin noyabrın 1-nə manatla pul kütləsinin
(M2 aqreqatı) həcmi 37,027 milyard manat təşkil edib ki, bu da
aylıq göstəriciyə nisbətən 160,7 milyon manat və ya 0,4% az,
2024-cü ilin eyni dövrünə nisbətən isə 2,4 milyard manat və ya 6,9%
çoxdur.
<!—->
<!––>
Həmçinin hesabat dövründə M1 pul aqreqatı üzrə göstərici 29,031
milyard manata bərabər olub. Bu, aylıq müqayisədə 437,8 milyon
manat və ya 1,5% az, 2024-cü ilin eyni dövrünə nisbətən isə 1,6
milyard manat və ya 5,8% çoxdur.
Eyni zamanda, bu ilin noyabrın 1-nə banklardan kənarda olan nağd
pul kütləsi (M0 aqreqatı) 17,083 milyard manat təşkil edib ki, bu
da aylıq müqayisədə 71,4 milyon manat və ya 0,4%, ötən ilin eyni
dövrünə nisbətən isə 1,3 milyard manat 8,5% çoxdur.
