Azərbaycanda polislər sərxoş kişinin qeyri-adi istəyini yerinə yetirdilər

Cəmiyyət

Gəncə şəhərində sərxoş sürücü maşınının oğurlandığını iddia edib.

Oxu.Az-ın məlumatına görə, şəhər sakini S.Məmmədov Daxili İşlər Nazirliyinin 102 Zəng Mərkəzi Xidmətinə müraciət edərək ona məxsus QAZ-31 markalı avtomobilinin oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin yeri şəhər ərazisində müəyyən edilib.

Araşdırmalar zamanı məlum olub ki avtomobilin sahibi sərxoş olduğundan sonuncu dəfə avtomobili harada saxladığını unutduğundan qaçırıldığını zənn edərək polisə müraciət edib.

İlhamə Əbülfət

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir