Azərbaycanda üç uşaq anası itkin düşüb

Cəmiyyət

Masallı rayonunda üç uşaq anası itkin düşüb.

Oxu.Az-ın məlumatına görə, rayonun Təzə Alvadı kənd sakini, 2001-ci il təvəllüdlü Ş.Əkbərli aprelin 12-də səhər saatlarında yaşadığı evdən çıxaraq geri qayıtmayıb. 

Onun üç uşağı var. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis baş leytenatı Məhəmməd Rzayev Oxu.Az-a bildirib ki, həmin şəxsin yaşadığı evi tərk edərək geri dönməməsi barədə Masallı Rayon Polis Şöbəsinə müraciət daxil olub:

“Hazırda həmin şəxsin tapılması istiqamətində müvafiq zəruri tədbirlər davam etdirilir. Axtarışın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

İlhamə Əbülfət

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir