
Bakı. Trend:
Macarıstanın paytaxtı Budapeştdə boks üzrə U-23 Avropa
çempionatı keçirilir.
Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, Azərbaycan
millisinin iki idmançısı ilk gündə qələbə qazanıb.
Əli Abdullayev (65 kq) 1/16 finalda Milan Petrimanla
(Macarıstan) qarşılaşıb. Döyüş boksçumuzun 5:0 (29:28, 29:28,
30:27, 30:27, 29:28) hesablı qələbəsi ilə başa çatıb. Abdullayev
ikinci görüşündə Belge Kağanla Kanlı (Türkiyə) ilə üz-üzə
gələcək.
<!—->
<!––>
Nicat Əlirzayev (70 kq) də adını 1/8 finala yazdırıb. O, startda
Arturs Vaisladan (Latviya) güclü olub – 5:0 (30:26, 30:27, 29:28,
30:27, 30:26). Boksçumuz növbəti qarşılaşmasında Camel Cemmalı
(Fransa) sınağa çəkəcək.
Hər iki təmsilçimiz 1/8 final döyüşünə sabah çıxacaq.
Qeyd edək ki, Avropa çempionatın noyabrın 29-da yekun
vurulacaq.
