Azərbaycanın iki güləş hakimi birinci kateqoriyaya yüksəlib

Baş səhifə
Azərbaycanın iki güləş hakimi birinci kateqoriyaya yüksəlib

Azərbaycanın iki güləş hakimi birinci kateqoriyaya yüksəlib.

Bu barədə “Report”a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Eldar Bayramov bu il İspaniya Qran-prisində (4-6 iyul), Əli Babayev isə “Poland Open” turnirində (30 iyul- 3 avqust) ədaləti qorumaqla yanaşı, Dünya Güləş Birliyi (UWW) tərəfindən təşkil edilən imtahanları uğurla başa vurublar.

Bunadək II kateqoriyada xalça üzərində fit səsləndirən referilər növbəti ildən I dərəcəli hakim statusunda qarşılaşmaları idarə edəcəklər.

Bu yüksəliş onların növbəti ildən etibarən U-17, U-20, U-23 yaş qrupları üzrə Avropa və dünya çempionatlarında, həmçinin reytinq turnirlərində iştirak etmələrinə şərait yaradacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir