Azərbaycanlı Avropa çempionu əməliyyat olunub: “İlin əvvəlindən gülünc zədələr məni təqib edir”

İdman

“Antalyadakı son yarışda olduğu kimi, ilin əvvəlindən gülünc zədələr məni təqib edir”.

Oxu.Az xəbər verir ki, bunu cüdo üzrə Avropa çempionu Orxan Səfərov deyib.

O, 1-3 aprel tarixlərində Antalyada keçirilən “Böyük Dəbilqə” turnirindən sonra əməliyyat olunub. 66 kiloqram çəki dərəcəsində mübarizə aparan 30 yaşlı idmançı bu barədə sosial şəbəkə hesabında yazıb. O, məşqləri bərpa edəcəyi vaxtı da açıqlayıb:

“Zədə səbəbindən medal uğrunda mübarizədən kənar qaldım. Həkimlərin göstərişi ilə dərhal əməliyyat olundum. İndi özümü yaxşı hiss edirəm, həkimlər deyir ki, 2-3 ay dincəlməliyəm. Daha tez sağalmağa çalışacağam”.

Qeyd edək ki, Orxan Səfərov “Böyük Dəbilqə” turniri zamanı zədələndiyi üçün üçüncü yer uğrunda qarşılaşmaya çıxa bilməyib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir