Azərbaycanlı şahmatçı qız Sloveniyada qrossmeyster normasını yerinə yetirdi – FOTO

İdman

Sloveniyada şəxsi Avropa çempionatında iştirak edən üç şahmatçımız fərdi normativləri yerinə yetirib.

Oxu.Az xəbər verir ki, son turda parlaq qələbə qazanan Read Səmədov ilk, Abdulla Qədimbəyli isə qrossmeyster üzrə ikinci normativini toplayıb.

Digər təmsilçimiz Gövhər Beydullayeva xanımlar arasında  ən yaxşı nəticəni göstərib və qadınların qrossmeyster üzrə son normasını yerinə yetirib.

Xatırladaq ki, qitə birinciliyinin nəticələrinə əsasən, ilk “20-lik”də qərarlaşan şahmatçılar, o cümlədən təmsilçilərimiz Vasif Durarbəyli, Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov və Qədir Hüseynov 2023-cü ildə keçiriləcək Dünya Kubokuna vəsiqə qazanıblar.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir