“Azəriqaz” İB-nin sədri: “Gecə klubundakı partlayışdan sonra monitorinq qrupu təşkil edilib”

Cəmiyyət

“Gecə klubunda baş verən hadisədən sonra FHN, Energetika Nazirliyinin və SOCAR “Azəriqaz” İB-nin birgə monitorinq qrupu təşkil olunub”.

Oxu.Az xəbər verir ki, bu barədə “Azəriqaz” İB-nin sədri Ruslan Əliyev “Facebook” səhifəsində canlı yayımda məlumat verib.

O bildirib ki, monitorinq qrupları qanunsuz qoşulmaların təftişi ilə məşğul olurlar:

“Belə ki, zirzəmilərdə, yaşayış binalarının birinci mərtəbələrində fəaliyyət göstərən obyektlərin təftişi aparılır”.

Xatırladaq ki, aprelin 3-də saat 03 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən “Location” gecə klubunda partlayış baş verib. Nəticədə 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Dörd nəfər isə dünyasını dəyişib. 

Könül Cəfərli

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir