Bakı “Beynəlxalq Telekommunikasiya İttifaqı Qlobal Gənclər Sammiti 2025”ə ev sahibliyi edib

Baş səhifə

Bakı. Trend:

Bakıda Ümumdünya Telekommunikasiya İnkişafı Konfransının
(WTDC-25) gənclərə həsr olunmuş “Beynəlxalq Telekommunikasiya
İttifaqı Qlobal Gənclər Sammiti 2025” (ITU Global Youth Celebration
2025) uğurla keçirilib.

Milli Aviasiya Akademiyasından Trend-ə verilən məlumata görə, tədbirin məqsədi
gənclərin rəqəmsal inkişafın gələcəyinin formalaşmasında iştirakını
genişləndirmək, innovativ təşəbbüslərini dəstəkləmək və onların
texnoloji ekosistemdə rolunu gücləndirməkdir.

Sammit çərçivəsində Milli Aviasiya Akademiyasında (MAA) gənc
peşəkarlar üçün İKT vasitəsilə bərabər imkanların yaradılmasına
həsr edilmiş interaktiv sessiya təşkil olunub. Sessiyada çıxış edən
məruzəçilər gənclərin informasiya-kommunikasiya texnologiyaları
sahəsində fəal iştirakının, habelə kosmik sənaye və qabaqcıl
texnologiyaların qlobal inkişaf məqsədlərinə töhfəsinin
əhəmiyyətini xüsusi vurğulayıblar.


<!—->
<!––>

Konfrans iştirakçıları daha sonra MAA-nın “Təlim Mərkəzində”
uçuşları tam imitasiya edən simulyatorlarla tanış olmuş, onların iş
prinsipləri barədə ətraflı məlumat əldə ediblər. Həmçinin Elm və
İstehsalat Birliyinin “Texnoritm” mərkəzində hazırlanan Pilotsuz
Uçuş Aparatları, Dronlar və müxtəlif təyyarə modelləri nümayiş
etdirilib və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Tələbə Yaradıcılıq Evində qurulan yeni laboratoriya kompleksi də
sammit iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.

Tədbir gənc innovatorları, startapçıları və sənaye liderlərini
bir araya gətirərək rəqəmsal gələcəyin yaradılmasında gənclərin
potensialını ön plana çıxarmağa yönəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir