
Bakı. Trend:
2025-2026-cı tədris ilində paytaxt üzrə 41 ümumtəhsil müəssisəsi
inklüziv təhsil verib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Bakı şəhəri üzrə
Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, paytaxtda bütün bu məktəblər üzrə 260 sağlamlıq
imkanı məhdud şagird inklüziv təhsilə cəlb olunub.
<!—->
<!––>
Qeyd edək ki, 2024-2025-ci tədris ilində 30 təhsil müəssisəsində
inklüziv sinif fəaliyyət göstərib. Həmin inklüziv siniflərə 57
sağlamlıq imkanları məhdud şagird cəlb olunub.
Ölkə üzrə isə hazırda ümumi təhsil müəssisələrində 414 uşaq
inklüziv təhsilə cəlb olunub.
İnklüziv təhsil sağlamlıq imkanları qismən məhdud uşaqlarla
sağlam uşaqların eyni sinifdə təhsil almasına imkan yaradır. Layihə
həmin uşaqların cəmiyyətə daha rahat inteqrasiyasına nail olmaq
məqsədlərinə xidmət edir.
