Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Bakı sakinlərini və şəhərimizin qonaqlarını İçərişəhərdə (Qoşa Qala Meydanı) təşkil ediləcək “KOB Fest” – sərgi-satış yarmarkasına dəvət edir.
Agentlikdən verilən məlumata görə, “Sahibkarlar Günü”nə həsr olunmuş ilk “KOB Fest” 25 – 26 aprel tarixlərində saat 10:00-dan 20:30-dək paytaxt sakinləri və şəhərimizin qonaqları üçün açıq olacaq. Yarmarkada 100-ə yaxın mikro və kiçik sahibkarlıq subyektinin 1 000-dən çox çeşiddə məhsulu təqdim ediləcək.
Sərgi-satış yarmarkasında KOB subyektlərinin istehsal etdikləri qida və qeyri-qida məhsulları, sənətkarların və yaradıcı şəxslərin əl işləri, eləcə də xidmət sektorunda fəaliyyət göstərən KOB-ların xidmətləri nümayiş olunacaq.
Festival müddətində ebru sənətinin, qum üzərində rəsm sənətinin və s. dekorativ tətbiqi sənət növlərinin KOB subyektləri tərəfindən master-klassları, eləcə də mədəni-əyləncəli proqram təqdim edilcəkdir.
www.102info.az
