Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlarda yağış yağacaq

Cəmiyyət

Azərbaycan ərazisində iyulun 15-nə gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 23-27°, gündüz 32-37°, Bakıda gecə 25-27°, gündüz 34-36° isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55% olacaq.

Azərbaycanın rayonlarında yağmursuz hava olacaq. Lakin gecə və səhər Böyük Qafqaz zonasının şərq rayonlarında qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26°, gündüz 35-40°, bəzi yerlərdə 42°, dağlarda gecə 10-15°, gündüz 26-31° isti olacaq.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir