Bakıda 47 yaşlı kişinin qətli ilə bağlı cinayət işi başlanıldı

Kriminal

Aprelin 2-si saat 11 radələrində Sabunçu rayonu, Maştağa qəsəbə sakini, 1975-ci il təvəllüdlü Natiq Nəcəfovun xəsarət alması və almış olduğu xəsarətdən saat 15 radələrində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabunçu Rayon Prokurorluğunda aparılan araşdırmalarla zərərçəkmişin tanışı, onunla eyni qəsəbədə yaşayan 1984-cü il təvəllüdlü Adəm Quliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Natiq Nəcəfova bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Adəm Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir