Bakıda 80 yaşlı kişinin evindən pul və ərzaq oğurlanıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qurumun “102 – Zəng Mərkəzi”nə aprelin 10-da saat 02:00 radələrində Biləcəri qəsəbəsində yaşayan 80 yaşlı N.Əlimuradovun yaşadığı evə girən iki nəfərin onun əllərini iplə bağlayıb 260 manat pulunu və ərzaq mallarını talamaları barədə məlumat daxil olub.
Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər oğurluğa görə məhkum olunmuş – Kürdəmir rayon sakini İkram Məmmədov və Yevlax rayon sakini Tarıyel Vəliyev müəyyən edilərək saxlanılıblar.
Binəqədi Rayon Polis İdarəsində faktla bağlı araşdırma aparılır.
www.102info.az
