Bakıda 807 obyektdə qaz balonlarından istifadə halı AŞKARLANDI – FOTO/VİDEO

Cəmiyyət

Bakıda keçirilən reydlər zamanı 1 870 obyektdən 211-də qaz təsərrüfatına qanunsuz qoşulma, 807 obyektdə isə maye qaz balonlarından istifadə halları aşkar edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən qaz xəttinə qoşulma halları aradan qaldırılıb, qaz sayğacları sökülərək götürülüb:

“Həmçinin, obyektlərdə aşkar edilmiş maye qaz balonları obyekt nümayəndələrinin iştirakı ilə obyektlərdən kənarlaşdırılıb və gələcəkdə istifadə olunmamasına dair cavabdeh şəxslərdən iltizam alınıb”.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir