Bakı şəhərində ağaclar kütləvi şəkildə kəsilir.
Bu barədə video sosial şəbəkədə yayılıb.
Bildirilib ki, Azərbaycan Tibb Universitetinin yaxınlığında ağacları kəsirlər. Həmin ağaclar yük avtomobilinə yüklənərək ərazidən daşınır.
Məsələ barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq.
ETSN-in mətbuat katibi İradə İbrahimova Oxu.Az-a bildirib ki, hadisə barədə məlumatlıdırlar:
“Əməkdaşlarımız ərazidə araşdırma aparır”.
Həmin görüntüləri təqdim edirik:
İlhamə Əbülfət
www.demir-yumruq.az
