Bakıda ağır qəza: Əks yola çıxan avtomobil qarşıdan gələn maşınla toqquşdu, bir nəfər yaralandı – FOTO

Cəmiyyət

Bakının Xətai rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Ayaz İsmayılov küçəsində qeydə alınıb.

Belə ki, adıçəkilən küçədə “AzSamand” markalı avtomobilin sürücüsü qəfil manevr edərək əks yola çıxıb.

Bu zaman “Mercedes” markalı avtomobil “AzSamand”a çırpılıb.

Qəza nəticəsində “AzSamand” markalı nəqliyyat vasitəsində olan bir nəfər xəsarət alıb.

Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir