Bakıda gözəllik salonlarından bahalı telefonların oğurlanma görüntüləri – ANBAAN VİDEO

Cəmiyyət

Bakıda gözəllik və gül salonlarından 9 min manatlıq oğurluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki iki gözəllik və bir gül salonundan orada işləyən 3 nəfərin 9 min manat dəyərində 5 ədəd mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Rövşən Rəhimov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir