Bakıda İran vətəndaşı həmyerlisindən polisə şikayət etdi

Cəmiyyət

Bakıda dələduzluqla üzləşdiyini bildirən İran vətəndaşı hüquq-mühafizə orqanlarına müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, 1985-ci il təvəllüdlü Rasti Moslem Khodadan Səbail Rayon Polis İdarəsinə müraciətində bildirib ki, həmyerlisi, 1968-ci il təvəllüdlü Hamidreza Soheili Shamiran onu aldadaraq külli miqdarda pulunu alıb.

Şikayətçi iddia edib ki, qarşı tərəf ona məxsus ümumilikdə 47 170 manat pulu ələ keçirib.

Müraciətlə bağlı araşdırma aparılır.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir