Bakı şəhərində lüks avtomobil yanıb.
Oxu.Az-ın məluamtına görə, hadisə Üzeyir Hacıbəyli küçəsində baş verib.
Belə ki, “Mercedes” markalı avtomobil küçədə alışıb.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündə nəqliyyat vasitəsində texniki nasazlıq səbəbindən tüstülənmə baş verməsi nəticəsində qeyd olunan istiqamət üzrə sıxlıq müşahidə olunub.
www.demir-yumruq.az
