“Bakı üzrə 15 mediasiya təşkilatına daxil olan ümumi müraciətlərin sayı 10 197 olub”.
Oxu.Az xəbər verir ki, bu fikirləri Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov deyib.
O bildirib ki, mediasiya təşkilatları olmayan regionlar üzrə Şura tərəfindən bölünən işlərin və o cümlədən mediasiya təşkilatı olan regionlarda (Bakı, Gəncə və Lənkəran) mediasiya təşkilatı tərəfindən bölünən ümumi işlərin sayı 15 018 olub:
“Burada ailə mübahisəsi 12 872, kommersiya mübahisəsi 1 550, əmək mübahisəsi 596 olub.
Mediasiya Şurasına regionlardan daxil olan müraciətlərin sayı 4 821 olub. Ailə müraciətlərinin sayı 4 238, kommersiya müraciətlərinin sayı 379, əmək müraciətlərinin sayı isə 104 olub”.
“Bu ilin 5 ayında əldə olunan barışıq sazişlərinin sayı 568 olub. Bunun 478-i ailə münaqişələrində, 124-ü kommersiya, 101-i əmək münasibətlərində əldə olunub”, – deyə N.Adilov qeyd edib.
Könül Cəfərli
www.102info.az
