Bakıda ölüm saçan avtobus: Sərnişinlər qapıdan sallanırlar – VİDEO

Cəmiyyət

Paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsi və 8-ci kilometr bazarı istiqamətində hərəkət edən 214 nömrəli müntəzəm marşrut avtobusunda təhlükəli mənzərə yaşanır.

Sərnişinlər avtobusun qapısı açıq vəziyyətdə, qapıdan sallanaraq gedirlər. Bu isə həm sərnişindaşıma qaydalarının pozulması, həm də təhlükəli haldır. 

Qeyd edək ki, marşrut xətti “Ayşən” MMC-yə məxsusdur. Bakı Nəqliyyat Agentliyindən Avtosfer.az-a bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır və müvafiq tədbir görüləcək.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir