Bakıda “oyun” kimi küçə: “Bilmirik sürək, ya sürməyək”

Cəmiyyət

Bakıda işıqfor dörd gündür sürücüləri çaş-baş salıb.

Oxu.Az xəbər verir ki, söhbət Xətai rayonunun Lütfizadə küçəsindən gedir. 

Hərəkət iştirakçıları deyir ki, küçədə hər gün qəza şəraiti yaranır:

“Lap film kimi səhnədir, kinoda “oxu, ya oxuma” deyilən kimi, biz də bilmirik “sürək, yoxsa sürməyək”. Artıq dörd gündür vəziyyət belədir. İşıqfor 7 saylı Şəhər Poliklinikasının yaxınlığındadır”.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan Bakı Nəqliyyat Agentliyindən (BNA) Oxu.Az-a bildiriblər ki, sözügedən küçədə işıqforun nasaz olduğundan məlumatlıdırlar:

“Aidiyyəti üzrə əməkdaşlar tərəfindən işıqfora baxış keçirilib. Problem texniki nasazlıq səbəbindən baş verib. Qısa zamanda işıqforun fəaliyyəti bərpa ediləcək”.

Könül Cəfərli

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir