Bakıda polis əməkdaşları insuld keçirən yeniyetmənin həyatını xilas etdilər

Baş səhifə

Avqust ayının 29-u səhər saatlarında, 2008-ci il təvəllüdlü Şahbazov Əli qəfil olaraq insult keçirərək koma vəziyyətinə düşüb. Ailəsi onu təcili şəkildə Bakı şəhərinə apararkən Şıxov ərazisində xidmət aparan yol patrul xidmətinin əməkdaşlarına müraciət ediblər.

Polis əməkdaşları dərhal reaksiya göstərərək avtomobilin önündə hərəkət edib, uşağın tez bir zamanda xəstəxanaya çatdırılması üçün yolu açıq saxlayıblar. Lakin Bibiheybət məscidi yaxınlığında ailənin avtomobilində texniki nasazlıq yaranıb. Bu zaman polis əməkdaşları vəziyyəti nəzarətə götürərək, uşağı öz xidməti avtomobillərinə mindiriblər və vaxt itirmədən xəstəxanaya çatdırıblar.

Onlar bununla kifayətlənməyərək ailəyə maddi dəstək də təklif ediblər. Şahbazov Əlinin yaxınları göstərilən diqqət və qayğıya görə polis əməkdaşlarına dərin təşəkkürlərini bildiriblər:
“Əsl Azərbaycan Polisi budur.

Səmil şahlaroğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir