Bakıda qəza zamanı Ukraniya vətəndaşı ağır xəsarət alıb – FOTO

Cəmiyyət

Bakının Nərimanov rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisəVaqif prospekti ilə Əhməd bəy Ağaoğlu küçəsinin kəsişməsində baş verib.

Ukraniya vətəndaşı 1991-ci il təvəllüdlü Dovqan Konstantin Vladromoviç idarə etdiyi mopedlə eyni istiqamətdə hərəkətdə olduğu “Toyota” markalı avtomobilə çırpılıb. Mopedin sürücüsü ağır bədən xəsarətləri alaraq 1 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

Minik avtomobilinin sürücüsü Vahid Mərdənov APA-ya bildirib ki, moped onun sağ tərəfində eyni istiqamətdə hərəkət edən zaman qəfil sola manevr edərək maşına çırpılıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində təhqiqat araşdırmaları aparılır.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir