Bakıda yaşayış binasındakı yanğında ölənlərin kimliyi məlum olub (YENİLƏNİB)

Baş səhifə

Bakı. Trend:

Bakının Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş
verən yanğında həyatını itirən şəxslərin kimliyi məlum olub.

Trend xəbər verir
ki, yanğın zamanı 1984-cü il təvəllüdlü Samir Kamal oğlu
Məhəmmədov, 2018-ci il təvəllüdlü Arzu Əli qızı Qəmbərli və 1977-ci
il təvəllüdlü Könül Vəlibəy qızı Hümbətova dünyasını dəyişib.

xxx

22:06


<!—->
<!––>

Noyabrın 21-də saat 19:50 radələrində Respublika Təcili və
Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu, M.Seyidov
küçəsi ərazisində yerləşən yaşayış binasında yanğın hadisəsinin baş
verməsi səbəbilə çağırış qeydə alınıb.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən
Trend-ə bildirilib
ki, şağırış ünvanına 18 təcili tibbi yardım briqadası cəlb
olunub.

“Təcili tibbi yardım briqadası tərəfindən 15 nəfərə ilkin tibbi
xidmət göstərilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi
Mərkəzə hospitalizasiya olunub. Bu ana qədər ümumilikdə 20 nəfər (5
nəfər özü müraciət etməklə) Kliniki Tibbi Mərkəzə hospitalizasiya
olunub, onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam
etdirilir. 3 nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb”, –
deyə qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir