Bakının bu ərazilərinin qazı KƏSİLƏCƏK

Baş səhifə

Bu gün Bakının üç rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

Modern.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Qeyd olunub ki, Nərimanov, Binəqədi və Sabunçu rayonlarında qaz xətlərinin yerinin dəyişdirilməsi, yeni çəkilmiş xəttin mövcud şəbəkəyə birləşdirilməsi işləri ilə əlaqədar bu gün, saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir-quraşdırma işləri aparılan müddətdə Nərimanov rayonu üzrə Təbriz, Ə.Əliyev, F.Yusifov, N.Hacıyev və A.Nemətulla küçələrinin, Binəqədi rayonu üzrə 8-ci mikrorayon, S.Bəhlulzadə və Dərnəgül küçələrinin, DSK yolunun, Binəqədi qəsəbəsi, 5056/68 məhəllənin, Biləcəri qəsəbəsi, M.Aslanov, A.Zeynallı, Q.Məmmədov, Ə.Xaqani, M.Hüseynzadə, M.S.Ordubadi, T.Yaqubov, Füzuli, Y.İmanov və İ.Kərimov küçələrinin, Sabunçu rayonu üzrə isə “7 Gözəl” və “Göy Qurşağı” MTK-ların, H.Əliyev və Ə.Əliyev küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir