
Bakı.Trend:
Sabah Xətai rayonu, H.Salmani küçəsinin qaz təchizatında fasilə
yaranacaq.
Trend xəbər
verir ki, bu barədə “Azəriqaz”İB məlumat yayıb.
<!—->
<!––>
Bildirilib ki, Xətai rayonu, H.Salmani küçəsində yeraltı qaz
xəttinin mövcud şəbəkəyə qoşulması işlərinin görülməsi məqsədilə
14.11.2025-ci il tarixində saat 10:00-dan etibarən qaz təchizatının
dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə H.Salmani küçəsinin qaz
təchizatında müvəqqəti fasilə yaranacaq.
