Baltikyanı ölkələrdə Rusiya qazı olmadan həyat imkanları qiymətləndirildi

Dünya

Baltikyanı ölkələr yarana biləcək bəzi narahatlıqlara baxmayaraq növbəti istilik mövsümündə Rusiya qazı olmadan da çətinliklərin öhdəsindən gələ biləcəklər. Bu barədə Litva baş naziri İnqrida Şimonite yerli radiostansiyanın efirində açıqladığı qiymətləndirmələr zamanı bildirib.

Siyasətçinin fikrincə, Klaypeda MTQ (mayeləşdirilmiş təbii qaz) terminalı və xüsusən də Latviyada digər infrastrukturlar üzrə olan qaz həcmi regionun hər üç ölkəsi üçün kifayət etməlidir.

“Ümumi paketdə hər üç ölkə fəaliyyət göstərə bilərdi, lakin bu fəaliyyət çox komfortlu olmaya bilər”, – deyə Şimonite qeyd edib.

Nazir bununla bağlı verdiyi izahatda çox soyuq qış aylarında və qaz istehlakının artması zamanı fərdi iri istehlakçılar üçün nəzəri olaraq qazla bağlı məhdudiyyətlərin tətbiq edilə bilməsinin mümkünlüyünü vurğulayıb.

Aprelin əvvəlində Litva Avropa İttifaqında ilk olaraq Rusiyadan təbii qaz ixracından tamamilə imtina edib. Respublikanın Energetika Nazirliyindən verilən məlumata görə, ölkənin bütün qaz tələbatı Klaypeda mayeləşdirilmiş təbii qaz terminalı (MTQT) hesabına ödənilir. Bildirilir ki, ayda üç iri həcmli mayeləşdirilmiş qaz yükü bu terminala çatdırılacaq.

Mənbə: Lenta.ru

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir