Banqladeş paytaxtında baş verən iğtişaşlarda azı 50 nəfər xəsarət alıb

Baş səhifə
Banqladeşin paytaxtında baş verən iğtişaşlarda azı 50 nəfər xəsarət alıb

Banqladeşdə sabiq baş nazir Şeyx Həsinəyə ölüm hökmünün elanından sonra baş verən iğtişaşlarda azı 50 nəfər, o cümlədən polis əməkdaşları və hərbçilər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə “Dhaka Tribune” qəzeti məlumat yayıb.

İğtişaşlar Dəkkədə başlayıb. Burada Şeyx Həsinənin atası – respublikanın qurucusu hesab edilən Şeyx Mucibur Rəhmanın keçmiş iqamətgahı yerləşən muzey var.

Müxtəlif universitetlərin yüzlərlə tələbəsi muzey binasını sökmək niyyətində olduqlarını bildiriblər. Onlar iki buldozer gətiriblər. Polis aksiya iştirakçılarının muzey ərazisinə daxil olmasına mane olmaq üçün baryerlər qurub. Kütləni dağıtmaq üçün hüquq-mühafizə orqanları gözyaşardıcı qaz və səs bombalarından istifadə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir